Nehrəm qəsəbəsindən olan şəhid Leytenant Məmmədov Ümid Fərman oğlunun şəhadətinin 3-cü ildönümü və qəsəbənin digər şəhidi Leytenant Məmmədov Zamin Allahverdi oğlunun mövlud günləri məzarları başında yad edilib.
Həmçinin hər iki şəhidin xatirələrinə məzun olduqları məktəblərdə tədbirlər keçirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib.
Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova, aparatın aid şöbəsinin müdiri Hacı Hacıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin rəisi Hafis Nəcəfov, Nehrəm Qəsəbə Sahə Xəstəxanasının baş həkimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Hüseyn Niftəliyev, Azərbaycan Vətən Müharibəsi Veteranlarının və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika İctimai Birliyinin Babək Rayon Şöbəsinin sədri Vəliqulu Həsənov, şəhid ailələri və qazilər öz çıxışlarında vətənin qəhrəman oğullarının əziz xatirələrinin hər zaman yüksək tutulacağından və mütəmadi olaraq belə tədbirlərin keçirilməsinin mahiyyətindən danışıblar.