
Naxçıvan Qarnizonu tam orta məktəbi və Naxçıvan şəhər H.Cavid adına 5 nömrəli tam orta məktəbdə şəhid Vəlizadə İbrahim Malik və şəhid Qureşli Firuz Əli övladları bu il 1-ci sinfə qədəm qoyur.
Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov həmin şəhid övladlarını ziyarət edərək onlara və ailələrinə yeni dərs ilində uğurlar arzulayıb. Onların sağlam, savadlı və uğurlu təhsil almaları üçün ən yaxşı arzu və dəstəklərini ifadə edib.
