5 İyun 2025, Cümə axşamı

Şəhid Vəlizadə İbrahim Malik oğlunun anım günü qeyd olunub.

Bu gün Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülən şəhid Vəlizadə İbrahim Malik oğlunun anım günü qeyd olunub.