28 sentyabr 2023-cü il tarixdə Babək Rayon Mədəniyyət Sarayında Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərin əziz xatirəsinə həsr olunan tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.
Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova, aparatın şöbə müdiri Hacı Hacıyev, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri İsa Məmmədov və Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə öz çıxışlarında şəhid ailələrinə başsağlığı vermiş, şəhidlərimizə həsr olunmuş tədbirlərin mütəmadi şəkildə keçiriləcəyini və şəhidlərimizin daim yad olunacağını qeyd etmişlər.
Tədbirdə I Qarabağ və Vətən müharibəsini özündə əks etdirən videoçarxlar, slaydlar, həmçinin rayon Mədəniyyət İdarəsinin əməkdaşları tərəfindən səhnəciklər və qiraətlər təqdim olunmuşdur.
Şəhid ailələri və qazilər tədbirin keçirilməsini yüksək qiymətləndirdiklərini və təşkilatçılığa görə öz minnətdarlıqlarını bildirdilər.