Səlahiyyətli nümayəndə tərəfindən növbəti vətəndaş qəbulu keçirilib

Sentyabrın 19-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov tərəfindən növbəti vətəndaş qəbulu keçirilib.

Qəbul zamanı vətəndaşların, o cümlədən şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının müraciətləri dinlənilib. Müraciətlər əsasən sosial təminat, məşğulluq, əlilliyin müəyyən edilməsi, kommunal xidmətlər və digər sosial məsələləri əhatə edib.

Ceyhun Cəlilov hər bir müraciətə həssaslıqla yanaşıldığını bildirib. Qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və həlli istiqamətində aidiyyəti üzrə zəruri tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.

Qəbul zamanı vətəndaşları narahat edən məsələlərin araşdırılmasının və mümkün həll yollarının müəyyənləşdirilməsinin daim diqqətdə saxlanıldığı vurğulanıb. Şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının müraciətlərinə xüsusi həssaslıqla yanaşılmasının vacibliyi qeyd olunub.

Bildirilib ki, əhalinin müraciətlərinin birbaşa dinlənilməsi, qaldırılan məsələlərin ətraflı öyrənilməsi və aidiyyəti üzrə baxılması məqsədilə vətəndaş qəbulları mütəmadi keçirilir.