Şıxmahmud kənd tam orta məktəbində Bilik Günü qeyd olunub

15 sentyabr – Bilik Günü və yeni dərs ilinin başlanması münasibətilə Babək rayonunun Şıxmahmud kənd tam orta məktəbində tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov, Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Naib Əlizadə, Rayon Təhsil Şöbəsinin müdiri Sahil Əlizadə, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov bildirib ki, hər yeni dərs ili gənc nəslin elm, bilik və tərbiyə yolunda yeni başlanğıclar deməkdir. Rayon rəhbəri xalqımızın şanlı Zəfər tarixindən danışaraq qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması xalqımızın qəhrəmanlıq tarixinin ən mühüm səhifələrindəndir. Bildirib ki, bu tarixi Zəfəri bizə bəxş edən şəhidlərimizin əziz xatirəsinin daim yaşadılması, onların Vətənə bağlılıq və qəhrəmanlıq nümunəsinin gənc nəslə aşılanması mühüm əhəmiyyət daşıyır.

Rayon rəhbəri, həmçinin Ulu Öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğundakı tarixi xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə qazandığı nailiyyətlərdən danışıb. O, ölkəmizdə təhsilin inkişafına və gənc nəslin müasir biliklərə yiyələnməsinə göstərilən diqqəti vurğulayaraq müəllim və şagirdlərə yeni dərs ilində uğurlar arzulayıb.

Bilik Günündə xüsusi və duyğulu anlardan biri də şəhid Əliyev Fərmin Fərman oğlunun övladının ilk dəfə məktəbə qədəm qoyması olub. Rayon rəhbəri Ovni Muradov şəhidimizin birinci sinfə başlayan övladını təbrik edib, ona yeni başladığı təhsil yolunda uğurlar və yüksək nailiyyətlər arzulayıb.

Tədbir yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdlərə xoş arzuların çatdırılması ilə davam edib.