7 İyun 2025, Şənbə

Vətən müharibəsi şəhidləri anım günləri ilə əlaqədar məzarları başında tədbir keçirildi.

   24 oktyabr 2024-cü il tarixində Kalbaoruc Dizə kəndindən olan Vətən müharibəsi şəhidi Məmmədov Şəhriyar Müzəffər oğlunun və Payız kəndindən olan Vətən müharibəsi şəhidi Hümbətov İmaməddin Muxtar oğlunun anım günləri ilə əlaqədar məzarları başında tədbir keçirildi.

   Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri də iştirak etdi. Çıxışlar oldu, məktəblilər şeirlər səsləndirdi, şəhidlərimizin ruhuna dualar oxundu, ailələrinə baş sağlığı verildi.

   Tədbirdən sonra Payız kəndində şəhidin adına salınmış bulağın açılış mərasimi keçirilib.