Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Vayxır kəndində səyyar qəbul keçirib.
Görüşdə RİH aparatının məsul əməkdaşları, eləcə də yerli idarə və təşkilat rəhbərləri iştirak ediblər.
Sakinlərin müraciətləri diqqətlə dinlənilib, səsləndirilən məsələlərin yerində araşdırılması və operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qəbul zamanı kəndin sosial-iqtisadi vəziyyəti, infrastruktur və məişət məsələləri geniş müzakirə olunub, səsləndirilən təkliflər dəyərləndirilib. Rayon rəhbəri sakinlərin fikirlərinə həssaslıqla yanaşaraq, qaldırılan hər bir məsələnin mərhələli şəkildə həlli istiqamətində konkret addımlar atılacağını bildirib.
İcra başçısı Ovni Muradov çıxışında vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədi vətəndaş məmnunluğunu təmin etmək və insanların həyat şəraitini daha da yaxşılaşdırmaqdır. Bu baxımdan səyyar görüşlər əhalinin problemlərinin yerində öyrənilməsi və operativ həlli üçün mühüm platformadır.
Vayxır kəndinin sakinləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edərək, həyata keçirilən sosial yönümlü siyasətin gündəlik həyatlarında müsbət dəyişikliklərə səbəb olduğunu qeyd ediblər.