Tədbirdə iştirak edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov əvvəlcə yeni dərs ilinin başlaması münasibətilə müəllim və şagird kollektivini təbrik etmiş, uğurlar arzulamışdır. Ölkədə gedən təhsil islahatlarından bəhs edərək bildirmişdir ki, Ümumilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin təhsilə, təhsil işçilərinə olan diqqət və qayğısının bariz nümunəsi kimi ümumtəhsil məktəblərinin təmir-tikinti işləri intensiv şəkildə həyata keçirilir. Son illər təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb. Bir sıra məktəblər əsaslı təmir edilib.
İcra başçısı rayon məktəblilərinin keçən tədris ilində qazandıqları uğurlardan danışaraq bildirmişdir ki, aparılan bu islahatlar təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına və tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Sonra məktəb drektoru Əli Hacıyev müəllim və şagid kollektivini təbrik edərəkuğurlar arzulamışdır.
Ənənəvi “Bilik günü” tədbirləri rayonun digər məktəblərində də keçirilmiş, bu tədbirlərdə Babək Rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin əməkdaşları iştirak etmişlər.