15 May Beynəlxalq Ailə Günü münasibətilə Babək Rayon İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib.

     Babək Rayon İcra Hakimiyyətinin Başçısı Ovni Muradov tədbirdə iştirak edib.Öncə Babək şəhərində yerləşən Şəhidlər Memorial Abidə Kompleksi ziyarət olunaraq önünə gül dəstələri qoyulmuş və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilmişdir.

    Sonra tədbir İcra Hakimiyyətinin akt zalında davam etmişdir. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

    Şəhid ailələri İcra Başçısına görüş üçün təşəkkür etmiş, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçsı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Sonda xatirə şəkli çəkdirilmişdir.