18 oktyabr 2024-cü il tarixində Nehrəm qəsəbəsindən olan Vətən müharibəsi şəhidi Məmmədov Ümid Fərman oğlunun anım günü ilə əlaqədar məzarı başında tədbir keçirildi.

Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov da iştirak etdi.Çıxışlar oldu, məktəblilər şeirlər səsləndirdi, ruhuna dualar oxundu, ailəsinə baş sağlığı verildi.