"20 İLDƏ ÇİÇƏKLƏNƏN AZƏRBAYCAN"

27 oktyabr 2023-cü il tarixdə Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəkərabad kəndində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkəyə ilk prezident seçilməsinin 20-ci il dönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Babək Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Yasəmən Hacıyeva, Şəkərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini İbrahim Məhərrəmov, Şəkərabad kənd tam orta məktəbinin dərs hissə müdiri Sevda Səfərova öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 20 illik fəaliyyəti dövründə ölkəmizin daha da inkişaf etməsini, beynəlalq arenada nüfuzundan, ən əsası ötən dövr ərzində Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad etməsini, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi və Azərbaycanın günügündən çiçəklənməsi qeyd edilib.

Tədbirin sonunda film nümayiş olunub.