24 avqust tarixdə Babək rayon Qahab kəndində yaşayan uzunömürlü nümunəvi – evliliklərinin 50 illiyi tamam olan Qasımovlar ailəsində tədbir keçirilib.

Tədbiri açılış nitqi ilə Babək Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini– dini qurumlarla işin təşkilatçısı Asif Hacıyev açaraq tədbirin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva qeyd edib ki, nümunəvi uzunömürlü ailə ilə görüşün keçirilməsi "Ailələrimizi tanıyaq" layihəsinin icrası ilə bağlıdır. K.Babayeva layihənin mahiyyətindən bəhs edərək yeniyetmə və gənclərin iştirakı ilə ailə dəyərlərinin qorunaraq gənc nəslə çatdırılması, xüsusilə də uzunömürlü, nümunəvi ailələrin evlilik təcrübələrindən yararlanmaq hər zaman önəmli rol oynayıb. Müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdən başlayaraq, Azərbaycanda ailə dəyərlərinin qorunması və təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyən olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də Prezident İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir. Vurğulayıb ki, Azərbaycan ailəsinin əsas bünövrəsi sayılan qadınlarımız tarix boyu minbir əzablara qatlaşaraq ailəsini qorumağa, çalışıblar. Ailədə kişi də, qadın da öz yerini tanımış, tarixən yaranıb formalaşmış adət və ənənələrə hörmətlə yanaşılmışdır. Xalqımızın tarixən qoruyub hifz etdiyi əxlaqi sərvət və normalar, ən ülvi nümunələr ailə dəyərləri, adət -ənənələr gələcək nəsillərə ötürülməkdədir.