26 aprel 2023-cü il tarixdə Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.

     Ümummilli  lider Heydər  Əliyevin 100  illiyi münasibətilə Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev  və  Azərbaycanda milli intibah dövrü”,  “Azərbaycanın  dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda tədbir keçirilmişdir.

       Keçirilən   tədbirdə   Xalqımızın   Ümummilli   Lider    Heydər   Əliyevin  və Azərbaycanın  ərazi  bütövlüyü   uğrunda   canlarından   keçən   şəhidlərimizin əziz  xatirəsi bir dəqiqəlik  sükutla  yad  edilmiş,  Azərbaycan  Respublikasının dövlət  himni səsləndirilmişdir.

 

    Tədbirdə  Babək  Rayon  İcra   Hakimiyyətinin   başçısı  Rasim   Hüseynovun “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır,  dönməzdir” mövzusunda məruzəsi dinlənilmişdir.

    Tədbirdə iştirak  edən Yeni Azzərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan  Muxtar Respublikası  Ali  Məclisinin  deputatı  İsa Məmmədov və Naxçıvan Müəllimlər   İnsitutunun   Prorektoru, sənətşünaslıq üzrə fəlsəfə   fəlsəfə doktoru,   Naxçıvan   Muxtar   Respublikası   Ali   Məclisinin   deputatı   Həbibə Allahverdiyeva  “Heydər Əliyev və Azərbaycanda  milli  intibah dövrü” mövzusunda çıxışlar etmişlər.

       Tədbirin  sonunda  Azərbaycan  xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyyəti ilə bağlı film nümayiş olunmuşdur.