Babək Rayon İcra Hakimiyyəti başçısı Ovni Muradov Gərməçataq kəndində sakinlərlə səyyar görüş keçirib.

   Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu bütün sahələrdə öz əksini tapır. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, problemlərini yerində öyrənmələri barədə verdiyi tapşırıqlar bunu deməyə əsas verir.


   İcra Başçıcı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında ölkəmizdə, eləcə də muxtar respublikada aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən və Babək rayonunun gələcək dövrdəki inkişaf mənzərəsinin yol xəritəsindən danışıb.


   Səyyar görüşdə vətəndaşların səsləndirdikləri sosial və ümumi problemlər ayrı-ayrılıqda dinlənilmiş, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunmuş, müvafiq tapşırıqlar verilmişdir.


   Görüşdə iştirak edən sakinlər  müraciətlərinə diqqətlə yanaşılmasına və kənd mühitində yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.