Babək Rayon İcra Hakimiyyəti başçısı Ovni Muradov Yuxarı Uzunoba və Aşağı Uzunoba kəndlərində növbəti səyyar görüşlər keçirib.

Rayon rəhbəri görüşdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında ölkəmizdə, eləcə də muxtar respublikada aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
 
Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilmiş, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunmuş və müvafiq qurumlara tapşırıqlar verilmişdir.
 
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.