Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Aşağı Buzqov kənd sakinləri ilə görüşüb.

İyulun 18-də Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov rayonun Aşağı Buzqov kənd sakinləri ilə görüşüb.

 

Səyyar qəbulda idarə, müəssisə rəhbərləri, Aşağı Buzqov kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi, bələdiyyə sədri və  kənd sakinləri iştirak ediblər.

 

Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb.

 

Qəbul zamanı icra hakimiyyətinin başçısı qaldırılmış məsələlərlə bağlı  tapşırıq verib və tövsiyələrini bildirib.

 

Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.