Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Naxışnərgiz kənd sakinləri ilə görüşüb.

Mövcud problemlərin yerindəcə öyrənilib həllini sürətləndirmək məqsədilə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov 18 sentyabr tarixində vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü Naxışnərgiz kənd sakinləri ilə keçirilib. 

Giriş nitqi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ovni Muradov sakinləri salamlayaraq, respublikamızda olduğu kimi Babək rayonunda da həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrdən danışıb. İcra başçısı əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə də ətraflı məlumat verib.

Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib.

Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Qəbul zamanı icra hakimiyyətinin başçısı qaldırılmış məsələlərlə bağlı  tapşırıq verib və tövsiyələrini bildirib.Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.