Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov dövlət başçısının vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq avqustun 8-də rayonun Payız kənd sakinləri ilə görüş keçirib.
Səyyar qəbulda idarə, müəssisə rəhbərləri, Payız kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb.
Qəbulda vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilmiş, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunmuş və müvafiq qurumlara tapşırıqlar verilmişdir.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.