Sentyabrın 5-də Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov rayonun Zeynəddin kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda idarə, müəssisə rəhbərləri, Zeynəddin kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak edib.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Qəbul zamanı icra hakimiyyətinin başçısı qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.