Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradovun növbəti səyyar qəbulu iyun ayının 24-də Kərimbəyli kəndində keçirilib.

   Qəbulda Babək Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon idarə və təşkilatların rəhbərləri, kəndin inzibati ərazi darəsi üzrə nümayəndəsi və kənd sakinləri iştirak edib.

   Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerlərdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirmiş və muxtar respublikada aparılan sosial-iqtisadi islahatlar barədə məlumat vermişdir.

   Qəbulda sakinlər tərəfindən qaldırılan  məsələlərin bəziləri yerində həll olunmuş, bəzi məsələlər üçün müvafiq izahatlar verilmişdir. Sakinlərin təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər yerində araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir.

   Sonda sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradıldığı üçün Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.