Babək Rayon İcra Hakimiyyətinin başçısı rayonun şəhər, qəsəbə və kəndlərində sakinlərlə görüşlər keçirir.

Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov 11 iyul 2023-cü il tarixdə rayonun Cəhri qəsəbəsində, Payız kəndində, 17 iyul 2023-cü il tarixdə Aşağı Buzqov, Yuxarı Buzqov və Gərməçataq kəndlərində sakinlərlə görüşlər keçirmişdir.  Keçirilən görüşlər zamanı rayon icra hakimiyyətinin başçısı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının mahiyyəti ilə əlaqədar sakinlərə məlumat vermiş, vətəndaşlar arasında maarifləndirici söhbətlər aparmış, Dövlət Proqramının Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədləri nəzərdə tutulduğu vətəndaşlara izah edilmişdir.    

        Keçirilən görüşlər zamanı sakinlər Azərbaycan Respublikasının Prezidenti Möhtərəm Ali Baş Komandan Cənab İlham Əliyevə təsdiq olunmuş Dövlət Proqramına görə öz minnətdarlıqlarını bildirmişlər. Sonda sakinlərin sualları cavablandırılmış, problemləri dinlənilmiş və aidiyyəti üzrə məsul şəxslərə tapşırıqlar verilmişdir.