Babək Rayon İcra Hakimiyyətinin başçısı Yarımca kəndində sakinlərlə görüşüb

İyul ayının 11-də Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov rayonun Yarımca kəndində kənd sakinləri ilə səyyar görüş keçirib. Görüşdə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, Yarımca kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri   iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı keçirilən səyyar görüşdə respublikamızda aparılan sosial-iqtisadi islahatlar əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb.

Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.

Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.