Babək rayon Nəzərabad kəndində növbəti səyyar qəbul keçirilib.

     Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında keçirilən vətəndaş qəbulunda Babək Rayon İcra Hakimiyyətinin başçısı, başçının birinci müavini, icra hakimiyyəti aparatının məsul işçiləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri, rayonun idarə, müəssisələrin rəhbərləri və sakinlər iştirak edib.

     Görüş zamanı çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə ətraflı məlumat verib.

   Görüşdə sakinlərin əsas təklifləri kənd ərazisində olan artezianın işə salınması, digər artezianda olan suyun azlığının nəzərə alınması, kənddə mövcud olan kəhrizin təmizlənməsi, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, sahibsiz itlərin zərərsizləşdirilməsi, ana arxların çıxarılması və digər sosial problemlərlə bağlı müraciət etmişlər.

   Sakinlər tərəfindən bildirilən təkliflər və müraciətlərdən bir çoxu yerindəcə öz həllini tapmış, qalan digər müraciətlərə baxılması üçün aidiyyəti üzrə qurum və təşkilat rəhbərlərinə İcra Başçısı tərəfindən müvafiq tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.

   Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.