Babək rayon Şəkərabad kəndində növbəti səyyar qəbul keçirilib.

    Şəkərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında keçirilən vətəndaş qəbulunda Babək Rayon İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti aparatının məsul işçiləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri, rayonun idarə, müəssisələrin rəhbərləri və sakinlər iştirak edib.

   Görüş zamanı çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə ətraflı məlumat verib.

  Görüşdə sakinlərin əsas təklifləri kənd daxilində yeni salınacaq stadiona şəhid Çingiz Babayevin adının verilməsi, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, kənd mərkəzinə bankomatın quraşdırılması, kənddəki elektrik transformatorunun daha güclüsü ilə əvəz olunması və digər sosial problemlərlə bağlı müraciət etmişlər.

İcra başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.

   Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.