Tədbirə başlamazdan əvvəl Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov şəhid və qazi övladları ilə görüşüb. Görüşdə İcra başçısı ölkə prezidenti cənab İlham Əliyevin şəhidlərin əziz xatirəsini daim uca tutduğunu və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. Rasim Hüseynov uşaqları “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibətilə təbrik edərək onlara bayram hədiyyələri təqdim edib.
Sonra Babək şəhərinin Mərkəzi Meydanında mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibətilə konsert keçirilib.