Babək rayonunda 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

   Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov rayonun müxtəlif məktəblərində bir sıra uğur və nəaliyyətləri ilə fərqlənən müəllimləri və ilk dəfə işə qəbul edilən gənc müəllimləri əlamətdar gün münasibəti ilə təbrik edərək xoş arzularını çatdırıb, onlara çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzulayıb. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğı bu gün uğurla davam etdirilir.

   Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Qeyd olunub ki, təhsil sahəsində əldə olunmuş uğurlar Prezident İlham Əliyevin, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə hərtərəfli qayğısının nəticəsidir.

  Sonra Babək Rayon Təhsil Şöbəsinin müdir əvəzi Toğrul Kərimov çıxış edərək Babək rayonunda təhsil sahəsində aparılan islahatlardan, ötən dərs ilində qazanılmış uğurlardan, növbəti tədris ilində təhsil müəssisələrinin qarşısında duran əsas prioritet istiqamətlərdən danışıb. Daha sonra ilk dəfə işə qəbul olunan Nəhəcir kənd tam orta məktəbinin müəllimi Aysu Babayeva çıxış edərək xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğu, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyini diqqətə çatdırıb.

  Sonda təhsil sahəsinin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə fəxri fərman və hədiyyələr təqdim olunub.