Babək rayonunda ağacəkmə aksiyası keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixdə imzaladığı sərəncama əsəsən 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunmuşdur. Sərəncamın icrasından irəli gələn məsələlərdən biri də ətraf mühitin qorunması və yeni yaşıllıq zolaqlarının salınmasıdır. Bu məqsədlə Babək rayonu ərazisində ağacəkmə aksiyaları keçirilir, yeni yaşıllıq zolaqları salınır.

16 mart tarixində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyi çərçivəsində Babək Rayon İcra Hakimiyyəti və rayon ictimaiyyətinin iştirakı ilə Yarımca kəndində 2.5, Xal-xal kəndində 2.5 və Məzrə kəndində 1.5 hektarlıq ərazidə ağacəkmə aksiyası keçirilmişdir. Aksiya rayonun şəhər, qəsəbə və kəndlərini əhatə etmiş, ümumilikdə 9000 ədəd ağac əkilmişdir.