Babək Rayonunda “Heydər Əliyev ili” çərçivəsində yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar müsabiqələrinin qaliblərinin mükafatlandırılması mövzusunda ilin yekun tədbiri keçirilib.

Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsələndirilib.

 Tədbiri giriş nitqi ilə açan Babək Rayon İcra Hakimiyyəti başçısı Rasim Hüseynov qeyd etdi ki, vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.

 Cari ilin yanvar ayından başlayaraq Babək rayonunda Tədbirlər Planına uyğun olaraq Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəsilə aşılanması məqsədi ilə rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı və rayonun digər idarə və təşkilatları tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 136 müxtəlif adda silsilə tədbirlər keçirilmiş, Babək şəhərində və Nehrəm qəsəbəsində Ulu Öndərin posterləri qoyulmuşdur.

 İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, dövlət müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi və zəngin dövlətçilik təcrübəsi sayəsində yüksək uğurlar qazanmışdır. Özünün hərbi-siyasi, sosial-iqtisadi nailiyyətləri ilə bu gün bütün dünyanın diqqət mərkəzində olan müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yer tutur . Məhz buna görə də xalqımız dahi lideri unutmur onu daim yaddaşlarda yaşadır.Sonra rayonda il ərzində “Heydər Əliyev ili” çərçivəsində keçirilən tədbirlərdə fəal iştiraklarına görə 46 nəfər mükafatlandırılıblar.

             Tədbirin sonunda bədii musiqili hissəyə baxış olub.