20 iyul 2023-cü il tarixdə Babək Rayon Mədəniyyət Sarayında "Heydər Əliyev İli" ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində Babək Rayon İcra Hakimiyyətinin və Babək Rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə rayonun gəncləri arasında "Nə? Harada? Nə zaman?" İntellektual oyunu keçirilmişdir.
Keçirilən oyunda hər komandada 4 nəfər iştirakçı olmaqla, 5 komanda mübarizə aparmışdır. İştirakçılar üçün Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ilə bağlı 24 sual səsləndirilmişdir. Oyunun yekununa əsasən "İstiqlal" komandası daha çox xal toplayaraq yarışın qalibi olmuş, "Zəfər" və "Turan" komandaları isə II və III yerə layiq görülmüşlər. Qalib komandaların üzvlərinə diplomlar təqdim edilmişdir.