Babək rayonunda növbəti səyyar görüşlər keçirilib.

Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynovun dekabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü bu gün Güznüt,Çeşməbasar,Hacıvar və Şəkərabad kənd sakinləri ilə keçirilib

    Giriş nitqi ilə çıxış edən RİH başçısı Rasim Hüseynov sakinləri salamlayaraq, respublikamızda olduğu kimi Babək rayonunda da həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrdən danışıb. Rayon rəhbəri əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə də ətraflı məlumat verib. Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib.

 

 

        Müraciətlər əsasən su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, məşğulluq və sairləri ilə bağlı olub.

Görüş zamanı bəzi müraciətlər yerində həll edilib, sakinlərin digər müraciət və təklifləri ilə bağlı müvafiq tapşırıqlar verilib, bütün müraciət və təkliflər nəzarətə götürülüb.