Babək rayonunda səyyar qəbullar davam etdirilir.

   Vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynovun rayonun qəsəbə və kəndlərində keçirdiyi səyyar qəbullar davam etdirilir.

   Didivar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında keçirilən qəbulda Babək Rayon İcra Hakimiyyətinin başçısı, başçının birinci müavini, icra hakimiyyəti aparatının məsul işçiləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri, rayonun idarə, müəssisələrin rəhbərləri və sakinlər iştirak edib.


   Görüş zamanı çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, muxtar respublikamızda sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlərdən söz açıb, rayon ərazisində görülən işlərdən, qarşıda duran vəzifələrdən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə ətraflı məlumat verib.


   Görüşdə sakinlərin əsas təklifləri kənd ərazisində olan suvarma, beton su kanalının təmir olunması, içməli su tələbatını daha da yaxşılaşdırmaq üçün kənd ərazisində mövcud olan ikinci artezianın bərpa olunaraq işlək arteziana birləşdirilməsi, kanalların lil və çöküntülərdən təmizlənməsi və digər sosial problemlərlə bağlı müraciət etmişlər.
Sakinlər tərəfindən bildirilən təkliflər və müraciətlərdən bir çoxu yerindəcə öz həllini tapmış, qalan digər müraciətlərə baxılması üçün aidiyyəti üzrə qurum və təşkilat rəhbərlərinə İcra Başçısı tərəfindən müvafiq tapşırıqlar verilmiş, onların həlli nəzarətə götürülmüşdür.


   Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.