Babək rayonunda şahmat yarışı keçirilmişdir.

22 iyin 2023-cü il tarixdə Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı  ilə Babək Rayon Gənclər və İdman İdarəsinin və Babək Rayon Uşaq Gənclər Şahmat məktəbinin iştirakı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi ilə əlaqədar hazırlanmış silsilə tədbirlər çərcivəsinə uyğun olaraq Babək rayonunda gənclər arasında şahmat üzrə rayon birinciliyi  keçirilmişdir.

         Keçirilən yarışda müxtəlif yaş qruplarından olan 30 nəfər gənc iştirak etmişdir. Yarışın sonunda qaliblər diplom və fəxri fərmanlarla təltif olunmuşlar.