Babək rayonunda tədbir keçirilmişdir.

 23 iyin 2023-cü il tarixdə Babək rayonunda “Heydər Əliyev ili” ilə əlaqıdar “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə çağırış yaşlı gənclər, peşəkar hərbi mütəxəssislər, vətən müharibəsi veteranları və qazilər iştirak etmişdir.

Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın müdafiəsində şəhadətə ucalan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Keçirilən tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının  müavini Səbinə Abbasova, “N” saylı hərbi hissənin zabiti Xalid İsmayılov,  Babək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Hacı Hacıyev, Azərbaycan Vətən müharibəsi veteranları və Şəhid ailələrinin Babək rayon təşkilatının sədri Vəliqulu Həsənov,  II Qarabağ müharibəsi qazisi Abbasəli Tarverdiyev çıxış etmişlər. Çıxışlarda Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə  Azərbaycan ordusuna göstərdiyi diqqət və qayğıdan danışılmışdır.

      Tədbirin sonunda “Heydər Əliyev və Azərbaycan ordusu” adlı film nümayiş olunmuşdur.