Babək rayonunun Nehrəm qəsəbəsində növbəti səyyar qəbul keçirilib

Ölkə rəhbəri Cənab İlham Əliyevin icra hakimiyyəti başçıları ilə görüşləri zamanı onlara bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri barədə verdiyi tapşırıq və tövsiyələrə əsasən problemlərin yerlərdə birbaşa həlli məqsədilə keçirilən səyyar görüşdə Babək rayonunun idarə, müəssisə,  təşkilat rəhbərləri, icra aparatının məsul əməkdaşları və kənd sakinləri iştirak edib. 

İcra Hakimiyyətinin başçısı sakinləri salamlayaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında ölkəmizdə, eləcə də Babək rayonunda dövlətimiz tərəfindən həyata keçirilən islahatlar, aparılacaq geniş layihələr, “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” haqqında ətraflı məlumat verib.    

           Səyyar görüşdə vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilmiş, onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunmuş və müvafiq qurumlara tapşırıqlar verilmişdir.

Görüşdə iştirak edən sakinlər  müraciətlərinə diqqətlə yanaşılmasına və kənd mühitində yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.