Babəkdə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuş şəxslərlə görüş keçirilib.

     Görüşdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin xalqı və dövləti qarşısında xidmətlərindən geniş söz açmışdır.

     Vurğulamışdır ki,istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycan Respublikasının siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün böyük fəaliyyət göstərmiş Heydər Əliyevin dövlətçilik siyasətinin ana xəttini Azərbaycançılıq ideyası təşkil etmiş, bu ideyanın əsasında isə milli dəyərlərin qorunub saxlanması, Azərbaycan tarixinin və mədəniyyətinin öyrənilməsi və təbliği məsələləri durmuşdur.  Rayon rəhbəri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının ölkəmiz və xalqımız üçün mühüm əhəmiyyətinini qeyd edərək, Ulu Öndərin Vətəninə, xalqına olan sevgisini, Azərbaycan dövləti qarşısında olan misilsiz xidmətlərini gələcək nəsillərə çatdırmaqda həmin ilin bizim üçün ən böyük töhfə olduğunu bildirimişdir. 

     Dövlətçilik ənənələrimizin və milli maraqlarımızın qorunmasına, ölkəmizin tərəqqisinə və güclənməsinə xidmət edən şəxslərin Ulu Öndərin adı ilə bağlı olan medalla təltif olunmaları onlara göstərilən böyük etimadın göstəricisi olduğunu qeyd edən icra başçısı, bu medallarla təltif olunan şəxslərin onu böyük şərəf və məsuliyyət hissi ilə daşıyacaqlarına və hər zaman Heydər Əliyev yoluna və siyasi kursuna sadiq olacaqlarına inandığını vurğuladı.

     İcra başçısı “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuş Babək Rayon Ağsaqqallar Şurasının sədri, YAP Nehrəm kənd ərazi ilk partiya təşkilatının sədri Tofiq Abutalıbova və "Sirab” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Namiq Novruzova medallarını təqdim etmiş, onlara Heydər Əliyev siyasətinə sadəqət yolunda bundan sonrakı fəaliyyətlərində uğurlar arzulamışdır.

     Təltif olunanlar göstərilmiş böyük diqqətə və etimada görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

     Sonda Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov göstərilən diqqət və etimada görə rayon ictimaiyyəti və şəxsən öz adından Cənab Prezident İlham Əliyevə minnətdarlığını ifadə etmişdir.