Bu gün Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.

    “15 İyun – Milli Qurtuluş Günü” Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli lider Heydər Əliyevdir. Həmin gün Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafın təməli qoyulub. 

   15 İyun - Milli Qurtuluş Günü münasibətilə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov, icra hakimiyyəti aparatının rəsmiləri, rayon idarə müəssisə və təşkilatların rəhbərləri Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoymuş, Ulu Öndərin xatirəsini böyük ehtiramla yad etmişlər.