Cəhri qəsəbəsində növbəti səyyar qəbul keçirilib

Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli məqsədilə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov sakinlərlə Cəhri qəsəbəsində səyyar qəbul keçirib.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.

İcra başçısı çıxışında, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin simasının köklü şəkildə dəyişməsini, regionların iqtisadi potensialı artmasını, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühitinin yaxşılaşmasını, əhalinin rifah halının yüksəlməsini görüş iştirakçılıarının diqqətinə çatdırmışdır.

Vurğulanmışdır ki, həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır.

İcra başçısı səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib. Vətəndaşların müraciətləri əsasən, bəzi yerlərdə kanalizasiya xəttindəki nasazlığın aradan qaldırılması, sahibsiz itlərin zərərsizləşdirilməsi, məktəbin cari təmiri, işlə təmin olunma və digər sosial yönümlü məsələlərlə bağlı olmuşdur.

Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Görüşdə iştirak edən sakinlər  müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.