Faşizm üzərində qələbənin əldə olunmasının 79-cu ildönümü.

   Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Faşizm üzərində qələbənin əldə olunmasının 79-cu ildönümü münasibətilə Nehrəm qəsəbəsində yaşayan arxa cəbhədə şücaət göstərmiş Həsən Həsənov və Mehrəli Cəfərovu evlərində ziyarət etmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin rəsmiləri də iştirak edib.


   İcra Başçısı görüşlərdə dövrün proseslərinə nəzər salıb, müharibənin faciəvi nəticələri ilə yanaşı, azərbaycanlıların faşizmə qarşı səngərdə və arxa cəbhədə göstərdikləri mübarizə və qəhrəmanlıq nümunələrini diqqətə çatdırıb. Ovni Muradov Azərbaycanın bu müharibədə rolunu vurğulamış, şəhidlərin ruhunu yad etmişdir.


   Görüşdə həmin tarixdə arxa cəbhədə şücaətlə xidmət aparmış Həsən Həsənov qeyd edib ki, 1941-1945-ci il Böyük Vətən Müharibəsində şücaət göstərən qəhrəmanlarımızın gənc nəslə tanıdılması, onların və arxa cəbhədə şücaət göstərmiş həmvətənlərimizin ziyarət olunması təqdirəlayiq haldır. Müharibə dövründə arxa cəbhədə xidmət göstərmiş Mehrəli Cəfərov qələbənin qazanılmasında ölkəmizin əvəzsiz rolunu vurğulamış, həmin tarixdə arxa cəbhədə baş verən hadisələr haqqında məlumat vermişdir.


   Tədbirin yekununda müharibə iştirakçılarına və onların ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub, xatirə şəkli çəkdirilib.