Güznüt kəndindən olan Vətən müharibəsi şəhidi Əliyev Ramil Qurban oğlunun anım günü ilə əlaqədar məzarı başında tədbir keçirildi.

Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov və Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emin Məmmədxanlı da iştirak etdi.Çıxışlar oldu, məktəblilər şeirlər səsləndirdi, ruhuna dualar oxundu, ailəsinə baş sağlığı verildi.