Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynovun yerlərdə səyyar qəbulları davam edir.

      Növbəti səyyar qəbul aprelin 8-də rayonun Hacıvar kəndində keçirilib.

     Qəbulda Babək Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon idarə və təşkilatların rəhbərləri, kəndin inzibati ərazi darəsi üzrə nümayəndəsi və kənd sakinləri iştirak edib.

     Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerlərdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirmiş, ölkəmizdə, muxtar respublikada və rayonda görülən işlər barədə qısa məlumat vermişdir.

   Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Sakinlərin əsas müraciəti kənddə məktəb tikintisinin həyata keçirilməsi, su-kanalizasiya sisteminin qurulması, elektrik xəttinə əlavə xəttin verilməsi, kənddaxili yollarda trapmlinlərin quraşdırılması və sahibsiz itlərin zərərsizləşdirilməsi ilə bağlı olmuşdur. Digər müraciət edənlər isə görülən işlərə görə minnətdarlıq etmişlər.

 

   Qəbulda sakinlər tərəfindən qaldırılan  məsələlərin bəziləri yerində həll olunmuş, bəzi məsələlər üçün müvafiq izahatlar verilmişdir. Sakinlərin təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir.

 

    Sonda sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.