“Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda tədbir keçirilib.

     Bu gün Babək Rayon İcra Hakimiyyətində Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısı aparatının, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları iştirak edib.

 

       

         Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

     

       Tədbiri giriş nitqi ilə açan Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emin Məmmədxanlı Ümummilli Lider Heydər Əliyevin demokratik cəmiyyət və hüquqi dövlətin ən vacib atributlarından olan insan hüquq və azadlıqlarının müdafiəsi üçün tarixi xidmətlərindən danışıb. Qeyd edilib ki, Ümummilli Liderin müəllifi olduğu və 1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olunub.

 

        Emin Məmmədxanlı Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan dövlətinin Heydər Əliyevin siyasi varisi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəqil və uzaqgörən siyasəti sayəsində inamla irəlilədiyini və yeni-yeni uğurlara imza atdığını qeyd edib. Vurğulanlb ki, dövlət başçısının rəhbərliyi ilə qazanılan möhtəşəm nailiyyətlər və tarixi qələbələr Heydər Əliyev ideyalarının təntənəsidir. Xalqımızın milli sərvəti olan Heydər Əliyev irsi Azərbaycanın bu günü və gələcəyi üçün yeni imkanlar açır və qəti əminik ki, əbədiyaşar liderin miras qoyduğu zəngin və çoxşaxəli dövlətçilik irsi heç zaman tükənməyəcək və daim öyrənilərək ondan bəhrələniləcək.

 

 

         Daha sonra Babək Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Tural Seyidov və Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Tahir Əlirzayev mövzu ətrafında çıxışlar edib.

 

         Sonda “12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü” ilə bağlı  filmə baxış olub.