İcra Hakimiyyətinin başçısı qəbul qrafikinə uyğun olaraq Nəhəcir kəndində növbəti səyyar qəbul keçirib.

Qəbul zamanı Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı çoxşaxəli bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər qeyd edilmişdir. Rayon ərazisində görülən işlər, 2024-cü il - “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlər  barədə ətraflı məlumatlar verilmişdir. 

Səmimi söhbət əsasında keçən qəbulda sakinlər onları narahat edən bir sıra məsələləri qeyd ediblər. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb və həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qəbuldan razı qalan sakinlər onlara yaradılan belə şəraitə görə Ölkə Rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.