İyunun 20-də Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov rayonun Kültəpə kəndində vətəndaş qəbulu keçirib.

   Dövlət başçısının vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, iyunun 20-də Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov rayonun Kültəpə kəndində vətəndaş qəbulu keçirib.

   Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, icra aparatının rəsmiləri, rayon idarə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunmuş, müraciət və təkliflər dinlənilmişdir.

   Qəbulda vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilmiş, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunmuş və müvafiq qurumlara tapşırıqlar verilmişdir.

   Görüşdə iştirak edən vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.