Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq Babək rayonunda tədbir keçirilmişdir.

     24 may 2023-cü il tarixdə Babək Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda “1 iyun-Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə Babək rayonunda tədbir keçirilmişdir.

 

     Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə Ulu Öndər Heydər Əliyevin Babək rayonunda ucaldılmış abidəsi ziyarət olunmuş, abidənin önünə gül dəstələri qoyulmuş, Babək Rayon Mədəniyyət Sarayında Uşaqların əl işlərindən ibarət sərgiyə baxış olmuşdur.

 

     Keçirilən tədbirdə Xalqımızın Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

 

     Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə xanım Seyidova, təhsil sahəsində  ən yüksək göstəriciyə nail olmuş Bayramova Röya Əsəd qızı çıxış etmişlər. Çıxışlarda Ulu öndər Heydər Əliyevin Uşaqlara göstərdiyi diqqət, qayğıdan və bu qayğının ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi qeyd olunmuşdur.

     Tədbirdə 2022-2023-cü tədris ilində Babək rayonunda təhsil, imcəsənət və idman sahələri üzrə fərqlənən uşaqlar rayon icra başçısı Rasim Hüseynov və Komitə sədri Ramilə xanım Seyidova tərəfindən fəxri fərmanlarla təltif olunmuş və hədiyyələr təqdim edilmişdir. Həmçinin Babək Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış hədiyyələr şəhid övladlarına təqdim edilmişdir.

 

 

 

Tədbirin sonunda rayon Uşaq Musiqi və tam orta məktəb şagirdlərinin, Körpələr evi Uşaq Bağçasının uşaqlarınınifasında şeir, mahnı və rəqs nömrələri olmuşdur.