Məzrə kəndində növbəti səyyar qəbul keçirilib.

Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov iyul ayının 8-də rayonun Məzrə kəndində kənd sakinləri ilə səyyar görüş keçirib. Görüşdə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, Məzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri   iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb.

Rayon İcra Hakimiyyətinin başçısı kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.

Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.