“MÖHTƏŞƏM 20 İL”

Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Güznüt kəndində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkəyə ilk Prezident seçilməsinin 20-ci il dönümünü münasibətilə tədbir keçirilib.

Tədbirdə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi uğrunda şəhadətə ucalan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Babək Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi Hüseyn Bəhrəmov, Güznüt kənd sakinlərindən, ziyalı Məhəmməd Rzayev, kənd ağsaqqalı Heydər Mirzəliyev öz çıxışlarında ölkə Prezidenti Cənab İlham Əliyev 20 illik fəaliyyəti dövründə Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildiyi, müasir ordumuz yaradıldığını, ölkəmizin beynəlxalq arenadakı mövqelərinin möhkəmlədiyi, regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirildiyi qeyd edilib.

Sonda film nümayiş olunub.