Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 20 il ötür.

Dekabr 12-də Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Babək Rayonunun idarə, müəssisə və təşkilatları ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin Babək şəhərində yerləşən abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub.

 Sonra isə Rayon Mədəniyyət Sarayında "Məşələ çevrilən həyat" adlı filmə baxış olmuşdur.