“MÜDRİK, QƏTİYYƏTLİ və MAHİR SİYASƏTÇİ İLHAM ƏLİYEV”

27 oktyabr 2023-cü il tarixdə Cəhri qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkəyə ilk Prezident seçilməsinin 20-ci il dönümünü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində “Müdrik, qətiyyətli və mahir siyasətçi İlham Əliyev” mövzusunda tədbir keçirilib.

Tədbirə başlamazdan əvvəl xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi uğrunda şəhadətə ucalan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Babək Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hacı Hacıyev, Cəhri qəsəbə sakini, ziyalı Natiq Məmmədov, Cəhri qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru Rəşad Rüstəmli və qəsəbə sakini, ağsaqqal Hacı Müslüm Axundlu öz çıxışlarında ölkə Prezidenti Cənab İlham Əliyevin 20 illik fəaliyyəti dövründə müstəqilliyimiz günbəgün, ilbəil möhkəmləndirilməsindən, ərazi bütövlüyümüzün bərpa olunmasından, bu gün üçrəngli bayrağımızın Qarabağda, Şərqi Zəngəzurda dalğalanmasından söhbət açıblar. Qeyd olunub ki, bu ilin sentyabr ayında başlanan lokal xarakterli bir günlük antiterror əməliyyatlarında tam qələbəmiz bir daha göstərdi ki, Azərbaycan regionda prosesləri diktə edən tərəfdir, sülh və sabitliyin əsas təminatçısıdır.

Tədbirin sonunda Cəhri qəsəbə 1 nömrəli məktəbin şagirdləri tərəfindən ölkə Prezidentinə həsr olunan şeirlər səsləndirilib və “İlham” adlı filmə baxış olmuşdur.