MUXTARİYYƏTİN 100 İLİ

Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.

 

       Tədbirdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.

 

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər. Abidə önünə güllər düzülüb, Ulu Öndərimizin xatirəsinə dərin ehtiram ifadə olunub.

 

 

Tədbir Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında davam edib.

 

Səlahiyyətli nümayəndə, dövlət və hökumət nümayəndələrinə Sarayın foyesində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100  illiyi ilə bağlı hazırlanmış veb saytı, poçt markası, posterlər təqdim edilib. 

 

Naxçıvan Muxtar Respublikanın 100 illiyini Azərbaycanın bütövlüyü və suverenliyi təmin olunmuş şəkildə qeyd olunmasını xüsusi xoşbəxtlik kimi dəyərləndirən Fuad Nəcəfli Prezident İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib, ali dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb.

 

 

Səlahiyyətli nümayəndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncama əsasən bu il ərzində əlamatdar tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. 

 

 

Sonra Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx və Naxçıvan Televiziyasının hazırladığı “Ulu torpaq, Ulu Öndər” filmi nümayiş etdirilib. 

 

 

Tədbir bədii hissə ilə davam edib.